Bunu şişirtməyin nə mənası var? Bunu şişirtməyin nə mənası var?

Gülyanaq Məmmədova deputatın Gülyaza obyekt almasını təsdiq etdi - "Əmimiz oğludur"

Bunu şişirtməyin nə mənası var?

Millət vəkili Cavanşir Feyziyevin xalq artisti Gülyaz Məmmədovaya obyekt alması gündəmi zəbt edib.

Image result for Cavanşir Feyziyev

Məsələyə münasibət bildirən Gülyaz Məmmədovanın bacısı, Gülyanaq Məmmədova AzNews.az-a açıqlamasında yayılan məlumatı təsdiqləyib:

“Bu haqda məlumatın yayılmasını istəmirik. Cavanşir Feyziyev əmimiz oğludur. Bəyəm qohum qohuma nə isə ala bilməz? Bu, keçmişdə olub. Artıq obyekt özlərinə təqdim edilib. Bunu şişirtməyin nə mənası var? Sənət adamıyıq və öz işimizlə məşğuluq. Cavanşir müəllim ölkədə nüfuzu olan insandır. O insan haqqında belə məlumatın getməsinin tərəfdarı deyilik. Hamı o qədər obyekt alır, satır. Obyektin satan şəxsi belə tanımırıq. Kimsə kiminsə adına nə isə alır və sonra təhvil verir. Hazırda Gülnazın adına obyekt yoxdur. Başımızı salıb işimizlə məşğuluq”.

Rəqsanə

AzNews.az