“Sol gözümə tikiş vurulub" “Sol gözümə tikiş vurulub"

“Eurovision 2019” təmsilçimiz Çingizin stilisti İsraildə düşdüyü qəzadan danışdı

“Sol gözümə tikiş vurulub"

Tanınmış stilist Anar Ağakişiyev İsraildə qəzaya düşüb.

Motosikletdən yıxılan stilist AzNews.az saytına açıqlamasında səhhətinin yaxşı olduğunu deyib:

“Sol gözümə tikiş vurulub. Hazırda vəziyyətim yaxşıdır. Hadisə təsadüfən baş verdi. Bakıya gələn kimi başımı MRT elətdirəcəm. Çünki güclü zərbə aldım”.

Qeyd edək ki, Anar Ağakişiyev “Eurovision 2019”da ölkəmizi təmsil edən Çingiz Mustafayevin stilsti kimi Tel-Əvivdədir.

Rəqsanə

AzNews.az