CHP Ekrem İmamoğluna dəstək olmaq üçün ianə toplamağa başlayıb CHP Ekrem İmamoğluna dəstək olmaq üçün ianə toplamağa başlayıb

Murat Boz Ekrem İmamoğluya 100 min lirə bağışladı

CHP Ekrem İmamoğluna dəstək olmaq üçün ianə toplamağa başlayıb

Türkiyəli məşhur müğənni Murat Boz Ekrem İmamoğluya 100 min lirə bağışlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 23 iyunda keçiriləcək partiyalar üçün dövlət büdcəsindən maliyyə ayrılmayacaq.

CHP buna görə də Ekrem İmamoğluna dəstək olmaq üçün ianə toplamağa başlayıb.

Partiyanın səlahiyyətli nümayəndələri kampaniyaya göstərilən diqqətdən son dərəcə razı qaldıqlarını bildiriblər. Həm Türkiyədə yaşayan vətəndaşlardan, həm də xaricdə məskunlaşan türklərdən ianə göndərildiyi deyilir.

Bildirilib ki, minimum 1 lirə, maksimum isə 54 min 566 lirə ianə bağışlanıb.

“The Independentturkish” nəşrinin məlumatına görə, ianə kompaniyası başladıldığı ilk gün Türkiyənin məşhur müğənnilərindən biri 100 min lirə bağışlayıb.

Qaydalara uyğun olaraq bir nəfər bir il ərzində ən çox 54 min 566 lirə ianə bağışlaya bilər. Buna görə də həmin məşhurun 100 min lirəsi geri qaytarılıb. Müğənni yenidən 54 min 566 lirə göndərib. Yerdə qalan pulu isə anasının adından bağışlayıb.

Alınan məlumatlara görə, 100 min lirəni bağışlayan məşhur şəxs müğənni Murat Bozdur.

Murat Boz bir müddət əvvəl Türkiyə Təhsil Vəqfınə da 250 min lirə bağışlayıb.

Nigar CƏFƏR

AzNews.az