Kıvançın həyat yoldaşı Başak Dizer polisə müraciət edib Kıvançın həyat yoldaşı Başak Dizer polisə müraciət edib

Məşhur aktyorun arvadının restoranına hücum edildi

Kıvançın həyat yoldaşı Başak Dizer polisə müraciət edib

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğun arvadının restoranına hücum edilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səhər saatlarında bir şəxs restoranın qarşısına gəlib qışqırmağa başlayıb. Daha sonra isə qapıları yumruqlayaraq işçiləri hədələyib.

Kıvançın həyat yoldaşı Başak Dizer polisə müraciət edib. Polis səhər saatlarında restorana gələnin kimliyini müəyyən edib. Belə ki, restorana hücum edən şəxs 28 yaşlı A.Sinan adlı şəxs olub.

A.Sinan polisə verdiyi izahatda sevgilsinin Başakla rəfiqə olduğunu və onunla ayrıldığını bildirib. O, restorana Başakla danışmaq və onu sevgilisi ilə barışmasına kömək istəmək üçün gəldiyini deyib.

Nigar CƏFƏR

AzNews.az