Dövlət orqanları hadisənin intihar olduğunu təsdiqlədikdən sonra istintaqı bağlayıblar Dövlət orqanları hadisənin intihar olduğunu təsdiqlədikdən sonra istintaqı bağlayıblar

Məşhur amerikalı aktyor intihar etdi

Dövlət orqanları hadisənin intihar olduğunu təsdiqlədikdən sonra istintaqı bağlayıblar

“Breaking Bad” kinoserialında çəkilən amerikalı aktyor İsaak Kappi Arizonada özünü körpüdən ataraq həyatına son qoyub.

Özünü atarkən aktyorun gətirdiyi arqument “Mən heç yaxşı adam deyildim” olub.

Məlumatda bildirilir ki, İsaak Kappi adlı şəxs özünü körpüdən atdıqdan sonra maşın tərəfindən vurulub və yerindəcə dünyasını dəyişib. Özünü atmazdan öncə yoldan keçənlər onu fikrindən döndərməyə çalışsalar da hadisənin qarşısını ala bilməyiblər.

Dövlət orqanları hadisənin intihar olduğunu təsdiqlədikdən sonra istintaqı bağlayıblar.

İntihardan bir neçə saat öncə İ.Kappi instaqram səhifəsində öz xarakteri ilə bağlı bəzi etiraflar edib. Onun yazdığına görə spirtli içkilərdən, narkotikdən istifadə edib və öz yaxınlarını aldadıb.(AZƏRTAC)

AzNews.az