Adam tanıyaram ki, atasını sevmirdi Adam tanıyaram ki, atasını sevmirdi

Xumar Qədimova ilk dəfə etiraf etdi - Yarda saxtakarlıq görəndə...

Adam tanıyaram ki, atasını sevmirdi

Əməkdar artist Xumar Qədimova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

AzNews.az xəbər verir ki, ATV-də qonaq olan müğənni bu sözləri deyib: “Yarda, dostda saxtakarlıq görəndə həyəcanım itir, enerjim azalır. Heç nə alınmır”.

Əməkdar artist doğmalarının qəbrini ziyarət etmədiyini də dilə gətirib: “Məzar daşı üzərində ölərəm. Ölməmək üçün getmirəm. Mənim sevənlərim, balam var. Məsələn, adam tanıyaram ki, atasını sevmirdi. Qayğıkeş adam deyildi. Amma atasının ad günündə plov dəmləyir, qəbrini ziyarət edir. Mən saxtakarlığı qəbul edə bilmirəm, sən istəsəydin, atan bir az da çox yaşayardı. Mən atamın qəbrini ziyarət etmirəm, amma sən mənim qədər çəkmirsən”.

Rəqsanə

AzNews.az

image description image description