Müğənni “Gelandewagen” sürməklə öyünənlərə ismarıc göndərib Müğənni “Gelandewagen” sürməklə öyünənlərə ismarıc göndərib

"Gelandewagen"li Aytac dilə gəldi: "Mən qalik sürəndə, Bakıda 2 nəfərdə var idi” - VİDEO

Müğənni “Gelandewagen” sürməklə öyünənlərə ismarıc göndərib

“Mən "Gelandewagen" sürəndə hələ şou-biznesdə heç kim sürmürdü. Mən qalik sürəndə, Bakıda 2 nəfərdə var idi. Bahalı həyatı sevirəm, xoşlayıram ki, pullar saçılıb-səpilsin"

AzNews.az xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadiqızı ARB-nin "Show-News" proqramına açıqlamasında deyib.

O, “Gelandewagen” sürməklə öyünənlərə ismarıc göndərib:

"Axı nəyə öyünürsüz? Şəhərdə 10 maşından 9-u "Gelandewagen"di. Mən sürən vaxtı vallah heç sürən yox idi. Bu gün hamısı o maşından sürür və yaxud birinə hədiyyə verirlər. İndiki maşınım çox sadədir, çünki maşınımı satıb üstünə də əlavə düzəltdim, yarım milyona İstanbuldan ev aldım. Bu gün istəsəm, o evimi sataram, 2 dənə "Galendevagen" alaram”.

İndikilər kimi o maşını sürməkdə məqsədim heç də gündəmə gəlmək deyildi. Sadəcə yüksək motorlu maşınları sürməyi sevirəm. 150 min idi qiyməti. Hara gedirdim, "Gelandewagen"li Aytac gəldi" deyirdilər. Adım belə hallanırdı".

Aynur

AzNews.az