"Test nəticələri 4 həftədən sonra məlum olacaq" "Test nəticələri 4 həftədən sonra məlum olacaq"

Nigar da DNT analizi verdi

"Test nəticələri 4 həftədən sonra məlum olacaq"

Müğənni Nigar Camal da Eldar Qasımov kimi “Eurovision” mahnı müsabiqəsi tərəfindən aparılan DNT analizlərinə müraciət edib.

O, bu barədə instaqram səhifəsində məlumat yayıb.

Nigar qeyd edib ki, test nəticələri 4 həftədən sonra məlum olacaq: “Eldarın cavabları bəllidir. İndi sıra məndədir, görək, genetikam məni haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqalardan çıxıblar… Bunların hamısını biləcəyik”.

Qeyd edək ki, DNT analizi “Eurovision- 2019”un sponsorlarının təklifi ilə hazırlanıb. Buna səbəb sənətçilərin hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir.(qafqazinfo.az)

AzNews.az