Siyasi görüşüm bəllidir, amma heç zaman "İstanbul məni itirər” deməmişəm Siyasi görüşüm bəllidir, amma heç zaman "İstanbul məni itirər” deməmişəm

İbrahim Tatlısəsdən İmamoğlu haqqında səsləndirdiyi iddialara cavab

Siyasi görüşüm bəllidir, amma heç zaman "İstanbul məni itirər” deməmişəm

Məşhur türk sənətçisi İbrahim Tatlısəs CHP namizədi Əkrəm İmamoğlu haqqında səsləndirdiyi iddialara cavab verib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Tatlısəs “Əkrəm İmamoğlu qazanarsa, İstanbul məni itirdi” iddialarına sərt reaksiya göstərib: “Siyasi görüşüm bəllidir, amma heç zaman "İstanbul məni itirər” deməmişəm. Nə İstanbul məni itirər, nə də mən İstanbulu itirərəm. Allah bizi bu mübarək gündə iftira atan insanlardan qorusun!”.

Qeyd edək ki, bir müddət əvvəl Əkrəm İmamoğlu Türkiyə bələdiyyə seçkilərinə İstanbul şəhərində CHP namizədi kimi qatılıb. Qələbə qazansa da sonradan seçkinin nəticəsi ləğv edilib.

Rəqsanə

AzNews.az