Şıltaq Elnarə geri gəldi

Müğənni Elnarə Xəlilova "Sonuncu zəng" adlı mahnıya çəkilən yeni klipini təqdim edib.

AzNews.az xəbər verir ki, mətbuat nümayəndələrini başına toplayan ifaçı klip üzərində peşəkar komandanın işlədiyini deyib:

"Hər kəs öz işini görəndə ortaya gözəl iş çıxır. Klipin rejissoru Nail Naiboğlu, operatoru Ruslan Ağazadə və söz və musiqisi reper ProMeteyə (Pərviz İsaqov) aiddir". Klipdə "Star" rəqs qrupu, "Motosteron"un baykerləri çəkilib. Bu işdə əməyi keçən hər birinizə təşəkkür edirəm".

Rejissor Nail Naiboğlu isə ifaçının ünvanına xoş sözlər deyib: "Elnarə xanımla ikinci işimizdir. 500-ə yaxın klip çəkmişəm və 200 müğənni ilə işləmişəm. Elnarə yeganə müğənnidir ki, klipə baxır və heç bir kadr dəyişdirmir".
İfaçının mətbuat katibi Ümidə Həsənli isə klipin ideyasının Elnarə Xəlilovaya aid olduğunu vurğulayıb.

Klipdə Elnarə Xəlilova imic dəyişikliyi ilə diqqət çəkib. O illər öncəki imici ilə hər kəsi heyran edib.

Qeyd edək ki, çəkilişlər Bakıda və Azərbaycan Respublikası Atçılıq Federasiyasında aparılıb.

Rəqsanə

AzNews.az

image description image description