Primadonnanın konserti 70 illik yubileyinə həsr olunacaq Primadonnanın konserti 70 illik yubileyinə həsr olunacaq

Alla Puqaçova bu şəhərdə konsert verəcək

Primadonnanın konserti 70 illik yubileyinə həsr olunacaq

Rusiyanın tanınmış müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova noyabrın 2-də Minsk şəhərində konsert proqramı ilə çıxış edəcək.

10 illik fasilədən sonra primadonnanın konserti 70 illik yubileyinə həsr olunacaq.

Onun “ Milyon -milyon qızılgüllər”, “Arlekino”, “Siz, yuxarıdakılar!” kimi mahnıları rus musiqisinin qızıl fonduna daxil edilib.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib.

O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. (Azərtac)