"Həyatımda yaşamadığım bir həyatı yaşayıram" "Həyatımda yaşamadığım bir həyatı yaşayıram"

“Öz kişilərimizdən başqa heç bir kişiylə münasibət qura bilmirəm” - Pərvin Abıyeva

"Həyatımda yaşamadığım bir həyatı yaşayıram"

“Mən heç vaxt Azərbaycan kişiləri haqda artıq söz deməmişəm. Öz kişilərimizdən başqa heç bir kişiylə münasibət qura bilmirəm. Bacarmıram. Elə qız var ki, deyir ki, mən türkə ərə gedəcəm. Elə buna görə də evdə qalmışam. 28 yaşım var. Nə olur-olsun Azərbaycan kişisi ilə evlənəcəm”.

AzNews.az xəbər verir ki, bu sözləri “Hər şey daxil” verilişində aktrisa Pərvin Abıyeva deyib. Türkiyəyə köçən Pərvin Abıyeva özünə yeni sevgili tapdığını və Azərbaycana sevgilisinə görə tez-tez gəldiyini etiraf edib: “Ona görə bütün günü Bakıdayam. Həyatımda yaşamadığım bir həyatı yaşayıram. Əsas odur ki, aramızda inam-güvən var. Bu dərəcədə gözləməzdim”.

Aktrisa “Toy olacaqmı?” sualına isə belə cavab verib: “Bu haqda heç nə deyə bilmirəm”.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Pərvin Abıyevanın məmur oğlu və biznesmenlə sevgili olduğu qeyd edilmişdi.

Rəqsanə

AzNews.az

image description