"Fi"-nin aktrisası modellik etməyəcəyini dedi

"Məqsədim yaxşı bir aktrisa olmaqdır"

Türkiyənin sevilən “Fi” serialında Ozan Güven ilə atəşli səhnələrindən sonra uzun müddət danışılan keçmiş model Cansu Melis Karakuş dünən “City's AVM”-də obyektivlərə düşüb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakan Sabancı ilə yaşadığı qısa müddətli münasibətdə adı hallandırılan Cansu Melis Karakuş jurnalistlərin suallarını cavablayıb.

Yarımçıq qalan işlərini tamamlamaq üçün aktrisalıq təhsili aldığını söyləyən Karakuş "Aktrisalıqda əksikliklərimi tamamlamaq üçün çox çalışıram. Məqsədim yaxşı bir aktrisa olmaqdır. Modelliyi tamamən buraxmışam" deyib.

Səidə Vahid

AzNews.az

image description