Müğənni yaradıcılıq uğurları ilə tamaşaçıları yenidən sevindirəcək Müğənni yaradıcılıq uğurları ilə tamaşaçıları yenidən sevindirəcək

Brilliant Dadaşovanın klipini "YouTube" kanalından kim silib? - "Araşdırma gedir"

Müğənni yaradıcılıq uğurları ilə tamaşaçıları yenidən sevindirəcək

Xalq artisti Brilliant Dadaşovaya qarşı təxribat törədilib.

AzNews.az xəbər verir ki, müğənninin bir neçə gün öncə təqdim etdiyi "Tet a tet" klipi "YouTube" kanalından silinib.

Sözləri Həsən Babayev, musiqisi Fərid Kərimliyə aid mahnının klipi "Caspian Media Holding" istehsalıdır.

Bu barədə mətbuata məlumat verən şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı qeyd edib ki, problemin aradan qaldırılması üçün işlər görülür:

"Heç kimə sirr deyil ki, Brilliant Dadaşova Azərbaycan sənətçiləri arasında ən çox həsəd aparılan müğənnidir. 30 ildir eyni statusda və eyni tələbatla ölkənin ən bahalı müğənnisi olmaq asan iş deyil. Klip və mahnı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmış və 2 günə 200 000-ə yaxın baxış sayı əldə edib. Bu səbəbdən də müxtəlif təxribatlar törədilir ki, bunun da qarşısını almaq üçün artıq xarici şirkətlərlə danışıqlar aparmışıq. Digital platformalarda maraqlarımızın və kontentlərimizin qorunması üçün razılıq əldə etmişik. O ki qaldı, bu cür təxribat edən şəxslərə, artıq onların kimliyinin müəyyənləşdirilməsi və cəzalandırılması istiqamətində araşdırma aparılır. Yaxın aylarda isə müğənni yaradıcılıq uğurları ilə tamaşaçıları yenidən sevindirəcək".

Rəqsanə

AzNews.az