Onların altı övladı var Onların altı övladı var

Pitt Colidən ayrıldıqdan sonra ilk dəfə etiraf etdi: "Spirtli içki və narkotikdən..."

Onların altı övladı var

Dünya ulduzu Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra ilk dəfə səmimi etirafı ilə diqqət çəkib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, spirtli içki və narkotik asılılığından əziyyət çəkdiyini açıqlayan 55 yaşlı aktyor zərərli vərdişlərindən xilas olmaq üçün bir ildir müalicə olunduğunu deyib.

Aktyor Ancelinadan ayrıldıqdan sonra içki masasının ən güvənli və təhlükəsiz yer olduğunu düşündüyünü etiraf edib.

Hətta cütlüyün ayrılığına səbəb göstərilən spirtli içki və narkotikə o, şöhrətin ilk illərində başladığını deyib.

Bred Pitt artıq zərərli vərdişlərindən xilas olduğunu qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl boşanan cütlüyün 6 uşağı var. Onlardan 3-ü - Meddoks, Paks və Zakara övladlıq, 3-ü isə - Şeylo, əkizlər Noks və Vivyen doğmadır.

Rəqsanə

AzNews.az