Cinsiyyətini dəyişən Neslihandan bakirəliklə bağlı şok etiraf - VİDEO

"Ümid edirəm ki, kimlərəsə cəsarət verə bilərəm"

Türkiyədə qatıldığı dəb verilişi ilə məşhurlaşan və daha sonra cinsini dəyişdirərək kişi olan Neslihan Doğrusöz maraqlı açıqlamalar verib.

AzNews.az xəbər verir ki, o, adını da dəyişdirərək Doruk edib. Neslihan jurnalistlərdən birinə bildirib ki, cinsiyyət dəyişdirmədən əvvəl bakirə olub, heç bir zaman sevgilisi olmayıb:

"Uşaqlıqdan heç bir oğlana marağım olmayıb. Bu yaşıma qədər bu addımı atmamağımın səbəbi ailəm olub. Hazırda onlar məni anlayır, mənə dəstək olurlar. Sinəm onsuz da balaca idi, əməliyyatla götüzdürdüm. İndi bir illik sevgi münasibətim var və çox xoşbəxtəm. Ümid edirəm ki, kimlərəsə cəsarət verə bilərəm".

Aynur

AzNews.az