Yaşadığım bu ömür payında mənimlə kiminsə qərəzi olduğunu ağlıma belə gətirməzdim Yaşadığım bu ömür payında mənimlə kiminsə qərəzi olduğunu ağlıma belə gətirməzdim

Heç bir yerə transfer olunmamışam - Hacı Nuran əsəbiləşdi

Yaşadığım bu ömür payında mənimlə kiminsə qərəzi olduğunu ağlıma belə gətirməzdim

Aparıcı Hacı Nuran Hüseynov əsəbiləşib.

AzNews.az xəbər verir ki, o, həmkarlarının ona qarşı qərəzli olduğunu deyib:

“Əziz həmkarlar, hörmətli kolleqalar!!! Jurnalistikanın çox etik bir qanunu var: informasiya birtərəfli yazılmaz, mütləq qarşı tərəfin fikri öyrənilməlidir. Öyrənilmirsə, bu, qərəzdir.... Yaşadığım bu ömür payında mənimlə kiminsə qərəzi olduğunu ağlıma belə gətirməzdim. Çünki həmişə əl tutdum, kömək etdim. Xəstə yatağında belə xalqımı düşündüm. Milyonların arzusunu, istəyini nəzərə alıb, televiziya layihələri hazırladım. Bu layihələrin hansı kanalda yayımlanması əgər kimlər üçünsə qaranlıqdırsa, deyim: istər Xəzər TV, istərsə də ATV olsun, mənə dost, qardaş olan kanallardır. Və hər ikisinin qapısı həmişə mərhəmətin, xeyirxahlığın üzünə açıq olub. Bu səbəbdəndir ki, mənim “Həyat” layihəm ATV tamaşaçısının ən sevilən verilişlərindəndir. Və düşünəndə ki, hər kanalın öz tamaşaçısı var, digər bir layihəyə doğma bir TV-də - Xəzər TV-də başlamaq qərarına gəldim. Bir az fərqli kontekstdə amma... Təklif bəyənildi və inşallah yeni mövsümdən Xəzər TV-də də bir “Xeyir körpüsü” salınacaq. Yəni anladığınız qədər Hacı Nuran heç bir yerə transfer olunmayıb. Verilişlər hər iki kanalda gedəcək. Və sağ olsun, hər iki kanal rəhbərliyi məni seçim qarşısında qoymayıblar”.

Bahar

AzNews.az