46 yaşlı Sergey Yeremiçyov Rusiyanın Leninqrad vilayətində yaşayır 46 yaşlı Sergey Yeremiçyov Rusiyanın Leninqrad vilayətində yaşayır

Hollivud ulduzu əlil fanatının arzusunu yerinə yetirdi - VİDEO

46 yaşlı Sergey Yeremiçyov Rusiyanın Leninqrad vilayətində yaşayır

Hollivud aktyoru, Kaliforniyanın eks-qubernatoru Arnold Şvartseneqqer əlil fanatı Sergey Yeremiçyovla görüşüb.

Görüş Sankt-Peterburqda Şvartseneqqerin spiker qismində çıxış etdiyi “Synergy Global Forum” çərçivəsində baş tutub. Aktyor fanatını salamlayıb və onun əlini sıxıb. Arnold əlilə öz çıxışına bilet hədiyyə edib.

Qeyd edək ki, 46 yaşlı Sergey Yeremiçyov Rusiyanın Leninqrad vilayətində yaşayır. O, psixonevroloji dispanserinin qəyyumluğundadır. Bundan əlavə, o, onkoloji xəstəlikdən əziyyət çəkir.

Sergey uzun illərdir Arnold Şvartseneqqerə fanatlıq edir. Bir müddət əvvəl “Perspektiva” xeyriyyə təşkilatının dəstəyi ilə Yutubda yayımlanan videoda Sregey Arnolddan onun yanına qonaq gəlməyini xahiş etmişdi.(qafqazinfo.az)

AzNews.az