Maşın istifadəsiz vəziyyətə düşüb Maşın istifadəsiz vəziyyətə düşüb

Acun Ilıcalı qəzadan sonra ilk paylaşımını etdi - VİDEO

Maşın istifadəsiz vəziyyətə düşüb

Keçən həftənin sonunda lüks avtomobili ilə yol qəzası keçirən Türkiyənin TV8 kanalının sahibi Acun Ilıcalı sevənlərini qorxutmuşdu. Hazırda vəziyyətinin yaxşı olduğunu deyən bacarıqlı iş adamı son paylaşımı ilə diqqət çəkib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalının maşını təkərin partlaması nəticəsində maneələrə çırpılıb. Qəza zamanı hava yastıqlarının açılması onu xəsarət almaqdan xilas edib.

Maşın isə istifadəsiz vəziyyətə düşüb.

Futbola ciddi zaman ayıran TV8-in sahibi yaşadığı şoku atar-atmaz futbol üzrə Türkiyə yığmasının Fransa ilə oyununa gedib. O, “Instagram” hesabının hekayə bölümündə matçla bağlı görüntüləri paylaşıb.

Səidə Vahid

AzNews.az