Keçən il üç Avropa şəhərinə 10 günlük gəzinti hədiyyə etmişdi Keçən il üç Avropa şəhərinə 10 günlük gəzinti hədiyyə etmişdi

Tarkan doğum günündə həyat yoldaşından nə istədi?

Keçən il üç Avropa şəhərinə 10 günlük gəzinti hədiyyə etmişdi

Türkiyənin məşhur müğənnisi Tarkan sabah həyat yoldaşı Pınar Tevetoğlu və yaxınları ilə birlikdə 47 yaşını keçirəcək.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, pop ulduz yeni yaşına girərkən arvadı Pınar Tevetoğlundan iki xahiş edib.

O, öz xahişlərində bunları istəyib:

“Əsla bahalı hədiyyə qəbul etməyəcəyəm”.

“Ad günü, parti istəmirəm. Sadə bir yemək olsun. Hər kəsə söylə, əsla bahalı, lüks hədiyyə qəbul etməyəcəm”.

Qeyd edək ki, Pınar Tevetoğlu əri Tarkana keçən il üç Avropa şəhərinə 10 günlük gəzinti hədiyyə etmişdi.

Səidə Vahid

AzNews.az