19:00-da başlayacaq konsertə giriş sərbəstdir 19:00-da başlayacaq konsertə giriş sərbəstdir

Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək - VİDEO

19:00-da başlayacaq konsertə giriş sərbəstdir

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil ediləcək.

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs ansamblı çıxış edəcək.

Eləcə də konsertin xüsusi qonaq müğənniləri də olacaq.

Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqları olacaq, öz məşhur kompozisiyalarını səsləndirəcəklər.

19:00-da başlayacaq konsertə giriş sərbəstdir.

AzNews.az