Aparıcı həmkarlarının kişilikdən danışmağa ixtiyarlarının olmadığını deyib Aparıcı həmkarlarının kişilikdən danışmağa ixtiyarlarının olmadığını deyib

“Şou-biznesdə heç kimin kişilikdən danışmağa ixtiyarı yoxdur” - VİDEO

Aparıcı həmkarlarının kişilikdən danışmağa ixtiyarlarının olmadığını deyib

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktyor və tele-aparıcı Sərxan Kərəmoğlu olub.

AzNews.az xəbər verir ki, aparıcı həmkarlarının kişilikdən danışmağa ixtiyarlarının olmadığını deyib:

“Hara gedirlər xalqa kişilikdən danışmağa başlayırlar. Biz kimik ki?! Camaat bizə pul verib oxutdurur, danışdırır. Bu insanlara necə kişilikdən dərs keçirik? Ən imansız işi biz görürük. Belə adamın kişilik dərsi keçməyi ayıbdır. Qeyrətsiz qeyrətdən, imansız imandan, kişiliyi olmayan da kişilikdən danışır. Bizə pul verib, məni əyləndir deyən, insanlara şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur”.

Aynur

AzNews.az