40 yaşlı musiqiçi inanılmaz səsi və istedadı ilə tanınır 40 yaşlı musiqiçi inanılmaz səsi və istedadı ilə tanınır

Dünyanın ən seksual kişisi o oldu - FOTO

40 yaşlı musiqiçi inanılmaz səsi və istedadı ilə tanınır

“People” dərgisi məşhur musiqiçilər, idmançılar və aktyorlar arasında seçim edərək, dünyanın ən seksual kişisinin adını açıqlayıb.

2019-cu ildə bu titul müğənni və bəstəkar Con Lecendə verilib.

40 yaşlı musiqiçi inanılmaz səsi və istedadı ilə tanınır. 2018-ci ildə Con kino, musiqi və teatr dünyasının ən nüfuzlu mükafatlarını qazanan on beş nəfərdən biri olub. Lecend Emmi, Qremmi, Oskar və Toni mükafatlarına laiq görülüb.

Xarizmatik və seksual görünüşü ilə qarşı cinsi özünə heyran qoyan Con ona verilən titulu belə şərh edib:

“Çox həyəcanlıyam, amma bu, böyük bir məsuliyyət olduğu üçün bir az qorxdum. Bu adı almaq üçün nə qədər seksual olduğumu hər kəs müzakirə edəcək. Keçən il bu titula İdris Elba layiq görülmüşdü Bu seçim isə mənə qarşı edilən haqsızlıq idi”. (Oxu.az)