Bu günlərdə kosmetika markasının siması olmaq üçün 750 min lirə təklif olunub Bu günlərdə kosmetika markasının siması olmaq üçün 750 min lirə təklif olunub

Aktrisa xərçəng xəstəsi olan uşaqlara maddi kömək göstərdi

Bu günlərdə kosmetika markasının siması olmaq üçün 750 min lirə təklif olunub

Anasını xərçəng xəstəliyindən itirən türkiyəli aktrisa Hande Erçel onunla eyni taleyi yaşayan uşaqlara 250 min lirə yardım edib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, ehtiyac sahiblərinin üzünü güldürən aktrisaya hər kəs tərif yağdırıb.

Aktrisaya bu günlərdə kosmetika markasının siması olmaq üçün 750 min lirə təklif olunub.

Yerli mətbuatın yaydığı məlumatlara görə, Hande Erçel məbləğin 250 min lirəsini xərçəng xəstəsi uşaqlara bağışlayıb.

Qeyd edək ki, Hande anası Aylin Erçeli bu ilin yanvarın 11-də xərçəngdən itirib.

Səidə Vahid

AzNews.az