Serial vəkillə jurnalistin sevgisindən bəhs edir Serial vəkillə jurnalistin sevgisindən bəhs edir

Bu serial da reytinq qurbanı oldu - FOTOLAR

Serial vəkillə jurnalistin sevgisindən bəhs edir

Türkiyənin tanınmış aktyoru Engin Altan Düzyatanın baş rolda oynadığı serial anidən final edib.

Fox TV-də yayımlanan “Kurşun” serialı gözlənilən reytinqi əldə etməyib. Bu səbəbdən kanal rəhbərliyi ekran işinin 7-ci seriyada finala çıxmasına qərar verib.

Serialda E. A. Düzyatanla yanaşı, baş rollarda Burçin Terzioğlu, Berrak Tüzünataç, Sarp Akkaya, Engin Şenkan, Kürşat Alnıaçık, Seda Akman, Bora Akkaş, Begüm Akkaya, Şebnem Dilligil və Cem Kurtoğlu kimi tanınmış aktyorlar yer alıb.

Qeyd edək ki, bəhs edilən serial 1970-ci illərdə Türkiyədəki siyasi proseslərdə haqq-ədalət axtarışında olan vəkillə jurnalistin sevgisindən bəhs edir.(qafqazinfo.az)


AzNews.az