Repçi xəstəxanaya yerləşdirilib Repçi xəstəxanaya yerləşdirilib

Məşhur azərbaycanlı reperi maşın vurdu: Başından zərbə alıb... - FOTO

Repçi xəstəxanaya yerləşdirilib

ABŞ-da yaşayan məşhur azərbaycanlı reper Orxan Zeynallını maşın vurub.

AzNews.az xəbər verir ki, repçi xəstəxanaya yerləşdirilib. Başından ağır zərbə alan ifaçının vəziyyətinin normal olduğu bildirilir. Bu barədə AİD ləqəbi ilə tanınan Orxan Zeynallı özü şəxsi "Instagram" hesabında yazıb:

"Həftənin birinci günü, 18 noyabr Avionla (itimin adıdır) axşam gəzintisinə çıxmışdıq. Bərk yağış yağırdı və artıq 9 olduğu üçün qaranlıq çökmüşdü. Evdən bir qədər uzaqlaşdıqdan sonra, məni piyada keçidində maşın vurdu. Zərbəni alan kimi huşumu itirərək başı üstdə yerə yıxıldım. Ayılanda artıq təcili yardım maşınında xəstəxanaya aparılırdım. Yanımdakı həkim mənə olanları danışmağa çalışırdı, mən isə ümumiyyətlə günün ardıcıllığını 3-4 saat sonra, artıq xəstəxanada olarkən tam yadıma sala bildim. Mənə deyildi ki, “sizi maşın vurub, itinizi isə polislər tapa bilmir..”. Yoldaşıma da olanları zəng edib bildirdilər. Bir neçə dəqiqə sonra xəbər gəldi ki, Avion möcüzəvi şəkildə 3-4 maşın yolunu yağış altında, bir neçə yerindən qan axa-axa keçərək, düz blokumuzun ağzına gedib dayanıb. Ordan onu Ülviyyə tapıb evə qaldırıb. Maşının onu da vurub vurmamasını hələ bilmirik, araşdırmağa çalışırıq.

Mənə gəlincə isə, qəza nəticəsində beyin silkələnməsi almışam və başımın arxa hissəsində bir neçə çat var. Həmçinin, başımda cüzi daxili qanaxma var. Yəni, nə olubsa başıma olub :)) Təbii ki, illərlə ölümcül xəstəliklərlə mübarizə aparanlarçün bu danışılanlar sadə “soyuqdəymə” səviyyəsində bir şeydir. Elə mən özüm də məsələni şişirtmirəm. 1-2 həftəlik yataq rejimindən sonra yenə ayaqda olub normal həyata geri dönəcəyəm. Ülviyyənin qayğısı ilə lap 3 günə də qalxa bilərəm yəqin. Əsas olan odur ki, salamatam və Avion da evdədir. Bu cür imtahanlar isə səbəbsiz göndərilmir. Yataq rejimi hər zaman düşünmək üçün əla fürsət sayılır. Elə bu bir neçə gündə bəzi şeyləri artıq dərk etmişəm.. Məsələn, yanımda niyə məhz onun olmasını.. Xəbər tutan kimi özümlə əlaqə saxlayan bütün dost tanışa təşəkkür edirəm. Doğmalarınızın qədrini bilin".

Aynur

AzNews.az

image description