Maşında bahalı geyimlər, ətirlər var idi Maşında bahalı geyimlər, ətirlər var idi

Aygünün avtomobilini soyublar - VİDEO

Maşında bahalı geyimlər, ətirlər var idi

Müğənni Aygün Mahmudovanın avtomobilini soyublar.

AzNews.az xəbər verir ki, sənətçi bu haqda "Söhbət var" verilişində deyib. O bildirib ki, pulqabısını götürüblər:

"Hadisə yayda olub. Ailəlikcə Alaniyaya gedirdik. Axşam salona getdim ki, saçımı düzəltdirim. Maşını saxladım, düşdüm. Gəlib şüşəni qırıb, içindən pulqabımı götürüblər.

Maşında bahalı geyimlər, ətirlər var idi. Heç nəyə əl vurmayıblar. Zülm çəkib şüşəni qırıb. Gəlib desəydi, pul ver, verərdim".

Aynur

AzNews.az