Çəkilişlər may ayında başlayacaq Çəkilişlər may ayında başlayacaq

Hüseyn Dəryanın həyatından film çəkiləcək

Çəkilişlər may ayında başlayacaq

Avtomobil qəzasında həyatını itirən reper Hüseyn Dəryanın həyatı film olur.

Mərhum reperin yaxın dostu, rejissor Kənan M.M Dəryanın yaşadıqlarına ekran həyatı verəcək.

O, sosial şəbəkədə Hüseyn Dəryaya oxşayan aktyor axtarışına da çıxıb.

Yeni layihəsi ilə bağlı musavat.com-a danışan Kənan bildirib ki, çəkilişlər may ayında başlayacaq: “Hazırda hekayəni yazmağa başlamışam, bir tərəfdən də aktyor axtarışına çıxmışam. Həmin aktyor həm Dəryaya oxşamalı, həm də istedadlı olmalıdır. Çəkilişlərə “Savaşçı” serialının çəkilişləri bitdikdən sonra may ayında başlayacağam. Maya qədər isə hazırlıqları tamamlayacağam”.

AzNews.az