"Bakıda sevildiyimi mənə demişdilər" "Bakıda sevildiyimi mənə demişdilər"

“7. Koğuştakı mucize”nin Ovası: Filmə baxanda... - FOTO

"Bakıda sevildiyimi mənə demişdilər"

“7. Koğuştakı mucize” filminin balaca siması Ova - Nisa Sofiya Aksungur Bakıda keçirilən V Türk Filmləri Həftəsi ilə bağlı paytaxtımızın qonağı olub.

Nisa Bakıya ilk dəfə gəlməsinə rəğmən, paytaxtımızı sevdiyini bildirib:

“Bakı çox gözəl şəhərdir. Bir çox yerləri gəzdik. Amma getdiyim yerlərin adlarını bilmirəm. Yeməklərdən də göbələk supu və düşbərə xoşuma gəldi.

Bakıda sevildiyimi mənə demişdilər. Ölkənizdə məşhur olduğumun fərqindəyəm. Çünki hər kəs məni görən kimi tanıyır və şəkil çəkdirmək istəyir.

Türkiyədə və oxuduğum məktəbdə də məni tanıyırlar. Dostlarım onları da film çəkilişlərinə aparmağımı xahiş edir. Hətta çəkiliş zamanı şəkillər və ya videolar göndərməyimi istəyirlər. Bəzən onların istəklərini yerinə yetirirəm”.

Balaca aktrisa dünyaca tanınan aktyor Aras Bulut İynemli ilə birgə filmdə oynamağın əla bir hiss olduğunu qeyd edib:

“Aras Bulut İynemli real həyatda çox əyləncəli biridir. Həmçinin, filmdə fasilələr zamanı çox fərqli insandır. Onunla tanış olmaq mənim üçün xoş idi.

Hər kəs “7. Koğuştakı mucize” filminə baxdığı zaman ağladığımı desə də, mən ağlamadım, sadəcə, gözlərim doldu. Bəlkə də, balaca olduğum üçün bir çox şeyləri anlamıram. Ümumiyyətlə, aktrisa olmaq gözəl hissdir. Çünki məşhur olub tanınırsan.

Türk aktyor və aktrisalardan çoxunun adını bilmirəm. Sadəcə, Beren Saatı tanıyıram. Onunla birlikdə oynamaq istəyərəm. Hazırda yeni təkliflər yoxdur. Amma serialda çəkilməklə bağlı təklif gəlsə, dəyərləndirə bilərəm”.

Qeyd edək ki, “7. Koğuştakı mucize” filminə Azərbaycanda 101 min 500 tamaşaçı tərəfindən baxılıb. (Oxu.az)

AzNews.az

image description image description image description image description image description