“Məryəm Ana deyiləm ki, göydən qarnıma uşaq girsin” “Məryəm Ana deyiləm ki, göydən qarnıma uşaq girsin”

Bəyənmədiyim adamlara şərh yazmaq üçün saxta profil açmışam- Müğənnidən 5 etiraf

“Məryəm Ana deyiləm ki, göydən qarnıma uşaq girsin”

Türkiyənin məşhur müğənnisi İrem Derici 5 səmimi etiraf edib.

AzNews.az türk mətbuatına istinadən həmin etirafları sizə təqdim edir:

1.Sevmədiyim şəxslərə şərh yazmaq üçün saxta hesab açmışam.

2.“Eşq acısı” deyə düşündüklərim “qaz sancısı” çıxdı.

3.İki il əvvəlki konsertimdə yerlər dolmamışdı deyə qapıları açdırıb adam toplamıştım.

4.Jurnalistlərin marağını çəkmək üçün bir ara “Instagram”da yalandan məkan işarələyirdim.

5.TMS adlı “keçmiş xatirələri sildirmə” proqramı var. Bununla bağlı müalicə almışam. Çox yaxşı təsiri olmuşdu.

“Məryəm Ana deyiləm ki, göydən qarnıma uşaq girsin”

Ötən günlərdə 32 yaşlı müğənni “Ana olmağı düşünürsünüz?” sualına bu cavabı verib:

“Təbii ki, həm də çox istəyirəm. Amma həyatımda heç kim yoxdu. Məryəm Ana deyiləm ki, göydən qarnıma uşaq girsin. Əgər evlənsəm və uşağım olmazsa, sperma bankına müraciət etməyəcəyəm. Övladlığa uşaq götürərəm. Hətta bu məsələni araşdırmağa başlamışam. 40 yaşıma qədər sevdiyim adam ilə evlənib ana olmasam övladlığa uşaq götürəcəyəm”.

Səidə Vahid

AzNews.az