Bu da Rozanın evi: Müğənni ərindən danışdı - VİDEO

Çəkiliş qrupunu qapıda müğənninin nəvəsi Sofiya qarşılayıb

"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı müğənni Roza Zərgərli olub.

AzNews.az xəbər verir ki, sənətçi rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb.

Çəkiliş qrupunu qapıda müğənninin nəvəsi Sofiya qarşılayıb.

Sulları cavablandıran Roza ona eşq elanı edən müğənnidən və yuxusuna girən kişi sənətçidən bəhs edib:

"Əkbər Əliyev mənə sevgisini bildirib. Ərim məni öldürəcək, amma Mahsun Kırmızıgül yuxuma girib".

Daha sonra o, qalmaqallı cavabları ilə sənət adamlarını tənqid edib:

"Qara siyahında olan 3 müğənni" sualına Zərgərli "Elza Seyidcahan, Nura Suri, Sevil və Sevinc" cavabını verib.

Roza E.Seyidcahanla küsülü olduğunu bildirib. O, aralarında yaşanan qalmaqaldan bəhs edərək, qalmaqallı sözlər söyləyib:

"Elza Seyidcahan məni xərcə salıb. Bir dəfə konsertə getmişdik, orada yedik-içdik. Bakıya qayıdanda, haqqımda nələr dedi. Qayıtdı ki, "get fiquranla məşğul ol". Sən əməliyyatıma söz atırsansa, heç sənin "duxun" çatmaz o qədər pul əməliyyata verəsən. 20 ildən çoxdur məni tanıyırsan, bilirsən necəyəm. Gedib başqaları kimi piydən vurdurmuram.

O gün bacısı danışır. Bir vaxt Türkiyədə qalanda bacın yox idi. Heç mənlə münasibəti olmaya-olmaya kömək istədi. Mən onu Türkiyədə təmin etdim ki, vətənə dönsün. Elza kimi yüz müğənnini susuz yola salaram. Şeir yazmağın da heç kimə lazım deyil".

Aynur

AzNews.az