Müğənni bu yaxınlarda Türkiyədə otolarinqoloqa müraciət etməsi barədə də söz açıb Müğənni bu yaxınlarda Türkiyədə otolarinqoloqa müraciət etməsi barədə də söz açıb

“Həkim dedi ki, sənin işin Allaha qalıb” - Xatirə İslam

Müğənni bu yaxınlarda Türkiyədə otolarinqoloqa müraciət etməsi barədə də söz açıb

“O, gör nə boyda əziyyət çəkib – hər mövzuda. Heç kəs paxıllıqdan deyə bilməz ki, o, niyə birincidir? Həmişə deyirəm ki, onun çəkdiyi əziyyəti heç birimiz çəkməmişik. Bir nömrə olmalıdır da, bəs bir nömrə kim olsun?”

AzNews.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində müğənni Xatirə İslam Xalq artisti Röya Ayxan haqqında söyləyib.

O, həmkarlarının çoxunu düzgün oxumamaqda günahlandırıb:

“Azərbaycanda olan ifaçıların çoxu düzgün oxumur. Bu günədək necə oxumusunuz? Özümdə də bu çətinliyi görmüşəm. Qarından ifa etmək lazımdır, boğazdan yox. Biz başımıza boya qoyuruq, burnumuzu kəsdiririk, üzümüzə iynə vururuq. Bəs, bu səs niyə qocalmasın? Axı, o, içəridədir, biz onu görmürük. Altı saat dayanmadan oxumaq – insan bunu etməməlidir”.

Müğənni bu yaxınlarda Türkiyədə səs telləri ilə bağlı otolarinqoloqa müraciət etməsi barədə də söz açıb:

“Səs həkimimə deyəndə ki, biz altı saat toyda oxuyuruq. O dedi ki, heç vaxt ola bilməz, səmimi olun. Həkim dedi ki, mən sənə nə edə bilərəm ki, sənin işin Allaha qalıb”.

Aynur

AzNews.az