Yəqin mənim də qismətim qarşıma çıxacaq Yəqin mənim də qismətim qarşıma çıxacaq

Sevda: Həyatımda bircə sevgi yoxdur - VİDEO

Yəqin mənim də qismətim qarşıma çıxacaq

"İnsanam, qəlb qırmışam, inciklik yaratmışam. Bunlar ən yaxınlarım ola bilər. Amma həmkarlarım arasında incikli olduğum yoxdur. Olub... Bağışlanmayan problemimiz olmayıb. Bütün problemi yoluna qoymuşam".

AzNews.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Show news" verilişinə açıqlamasında deyib. İfaçı şou-biznesdə küsülü olduğu həmkarının olmadığını deyib.

Şəxsi həyatından danışan Sevda sevgilisi olmadığından gileylənib:

"Həyatımda heç kim yoxdur. Səmimiyyətimə inanın. Həyatımda bircə sevgi yoxdur. İşim, dostlarım, ailəm qaydasındadır. Amma qəlbimi fəth edən, sevgi yoxdur. Qismət, əlbəttə olacaq. İnanmıram belə davam edə. Yəqin mənim də qismətim qarşıma çıxacaq. Bir az çox qapalı insanam və kaprizliyəm. Nə vaxt olsa, gözlərimizin parıltısından hiss edəcəksiniz".

Aynur

AzNews.az