Səfərova bir qardaşının dünyasını dəyişməsindən bəhs edib Səfərova bir qardaşının dünyasını dəyişməsindən bəhs edib

Aytənin qardaşı faciəvi şəkildə ölübmüş - VİDEO

Səfərova bir qardaşının dünyasını dəyişməsindən bəhs edib

"Qızım violonçel dərsləri alır. İstəyir İngiltərədə kral ansamblında violonçel ustası olsun. Qeyd etsin ki, azərbaycanlıdır".

AzNews.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova qonaq olduğu "Üçümüz" verilişində deyib. Qızından danışan aparıcı onun musiqiçi olduğunu söyləyib.

Aytən ona ünvanlanan "Neçə kiloqramsınız" sualına əsəbiləşib. O: "Yoldaşımın qaldıracağı kilodayam: həm fiziki, həm mənəvi. Narahat olmayın. Hər qadın çəkisindən asılı olmayaraq, hər kişinin gücünə görə deyil", - deyə bildirib.

Səfərova daha sonra bir qardaşının dünyasını dəyişməsindən bəhs edib. Göz yaşlarını saxlaya bilməyən aparıcı ilk dəfə bunu danışdığını söyləyib:

"Rusiyada böyümüşəm, balaca qardaşım var idi. O vaxt Fərman Salmanov adlı şəxs azərbaycanlıları Rusiyaya işləməyə aparırdı. Biz də getmişdik. Orada qardaşım çayda batdı, anamın ad günündə tapıb gətirdilər. Hər gecə mənlə yatırdı. Sonuncu gün yanımdan düşüb yerdə pişiklə birlikdə yatmışdı. Gedəcəyini elə bil hiss etmişdi.

O gündən anam da xəstədir. Mən valideyn bir gündə necə qocala bildiyini gördüm. Allah heç bir valideynə övladın tabutunu çiynində aparmağı nəsib etməsin. Çox qorxuludur. Ağlaya da bilmirəm. Yuxumuza gəlir ki, ana, ata, bacı, qardaş ağlamayın, yerim su olur. 1989-cu ilə görə gələcəyimi qurban verərdim ki, kaş uşağı buraxmazdım".

Aynur

AzNews.az