Haqqında gəzən xəbərlər onu maraqlandırmır Haqqında gəzən xəbərlər onu maraqlandırmır

“Ay Allah, mənim nə maraqlı həyatım var” - VİDEO

Haqqında gəzən xəbərlər onu maraqlandırmır

“Kimin bədəni ilə nə etməsi səni niyə narahat edir? Kim əməliyyat edir, səhv yoldadır, yaxud düz yoldadır, özü üçün edir. Bu, səni niyə maraqlandırmalıdır?”.

AzNews.az xəbər verir ki, bu sözləri “Show News”a açıqlamasında müğənni Nura Suri deyib.

O söyləyib ki, haqqında gəzən xəbərlər onu maraqlandırmır:

“Hərdən haqqımda o qədər şey danışırlar, deyirəm ki, ay Allah, mənim nə maraqlı həyatım var. Heç özümün də xəbərim yoxdur. Haqqımda gəzən şayiələr qulağıma çatanda özümü Hürrəm kimi hiss edirəm. Əvvəllər əsəbiləşirdim. Çünki anam məni narahat edirdi ki, sənin haqqında filan şey yazıblar. Axırda başa saldım ki, onsuz da hamı üçün danışırlar. Biz dedi-qodunu xoşlayırık. İndi haqqımda danışırlarsa, bu da uğurumdur. Hansısa nailiyyətim var ki, mənə qarşı qıcıq, paxıllıq var. İnsanı tanımırsan, amma sənə qıcığı var. Bu, normaldır”.

Aynur

AzNews.az