Yusif Mirzəyevə 18 il həbs cəzası verilib Yusif Mirzəyevə 18 il həbs cəzası verilib

Səidə Sultanın prodüserinin qətlinin 18+ görüntüləri - VİDEO

Yusif Mirzəyevə 18 il həbs cəzası verilib

Müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovun qətli ilə bağlı sensasion video yayılıb.

AzNews.az xəbər verir ki, ARB-yə məxsus olan kadrlarda qətl hadisəsinin təfərrüatları açıqlanıb.

Qeyd edək ki, hadisə paytaxtın Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəlləsində baş verib. 1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 kəsici-deşici xəsarətin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi və rayon prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakini Yusif Mirzəyev həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevə 18 il həbs cəzası verilib.

Aynur

AzNews.az