Məcburiyyətdən çəkiliş ertəsi günə qaldı Məcburiyyətdən çəkiliş ertəsi günə qaldı

Talıb Tale: İkiqat xərcə düşdüm - VİDEO

Məcburiyyətdən çəkiliş ertəsi günə qaldı

Talıb Tale 2019-cu ilin sonunda növbəti işini pərəstişkarlarına təqdim edib.

Müğənni söz və musiqisi özünə məxsus olan "Altun" adlı mahnısına ekran həyatı verib. Böyük hissəsi öz məhsulu olan klipin quruluşçu rejissoru Leyla Oruclu olub.

Talıb montajının da özünə məxsus olduğu klipinin ona baha başa gəldiyini bildirib:

"Çəkiliş İçərişəhərdə olub. Orada olduğu üçün mən iki dəfə xərcə düşdüm. Klip keyfiyyətli avadanlıqla çəkilib. Bir günlük nəzərdə tutmuşduq çəkilişi. Elə oldu ki, povilyonda çəkiliş bitdikdən sonra avadanlığı götürüb İçərişəhərə gedənə qədər avadanlığın içəri keçməsinə icazə vermədilər. Məcburiyyətdən çəkiliş ertəsi günə qaldı. Ona görə klip çəkilişi mənə ikiqat məsrəfə başa gəldi. Klipin işləri təxmin etdiyimiz kimi asan getmədi". (Milli.az)

AzNews.az