İşçilərdən biri Ellenin şouya öz adını verdiyi üçün bu məsələdə daha çox məsuliyyət daşımalı olduğunu deyib İşçilərdən biri Ellenin şouya öz adını verdiyi üçün bu məsələdə daha çox məsuliyyət daşımalı olduğunu deyib

Məşhur verilişlə bağlı iddia

İşçilərdən biri Ellenin şouya öz adını verdiyi üçün bu məsələdə daha çox məsuliyyət daşımalı olduğunu deyib

Məşhur Amerika verilişi olan “Ellen DeGeneres Show” keçmiş işçilərin çoxsaylı iddiaları nəticəsində “WarnerMedia” tərəfindən daxili araşdırma altına alınıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verid ki, 17 ildir yayımlanan “Ellen DeGeneres Show”nun komandasında irqi ayrıseçkilik, “qorxulu bir mühit” olduğu bildirilib.

Qaradərili işçilərin yaşadığı irqçi aqressivlikdən bəhs edən hesabatda işçilər şikayətlərini bildirdiklərinə görə cəzalandırılmaqdan qorxduqlarını deyiblər. Keçmiş bəzi işçilər, ailə dəfnlərində iştirak etmək və ya həkimə getməyə icazə verildikdən sonra işdən çıxarıldıqlarını da hesabata əlavə ediblər. İfadəsi alınan keçmiş işçilərin çoxu müdirləri günahlandırıb. İşçilərdən biri Ellenin şouya öz adını verdiyi üçün bu məsələdə daha çox məsuliyyət daşımalı olduğunu deyib.

2003-cü ildən bəri proqrama ev sahibliyi edən “DeGeneres”lə bağlı hər hansı bir iddia irəli sürülməyib, lakin “DeGeneres” komandası ilə bağlı iddialara cavab verməkdən imtina edir. Proqramın icraçı prodüserləri Ed Glavin, Mary Connelly və Andy Lassner ortaq bir açıqlama veriblər:

“Təxminən 20 ildir ki, 3 mindən çox şöbə və 1000-dən çox işçi ilə çalışaraq açıq, təhlükəsiz və əhatəli iş mühiti yaratmağa çalışmışıq”.

Səidə Vahid

AzNews.az