“Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yenidir" “Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yenidir"

Məşhurların 8 Mart təbrikləri

“Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yenidir"

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu münasibətlə məşhurlar sosial şəbəkədə təbrik paylaşımları edib. Onlardan bir neçəsini təqdim edirik.

Xalq artisti Firəngiz Mütəllimova: "Əziz xanımlar! Mərd, sədaqətli, fədakar Azərbaycan qadınları, bayram münasibətilə sizi təbrik edirəm!"
Xalq artisti, xanəndə Mənsum İbrahimov qeyd edib: “Başda şəhid ailələri, xanımları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirik!”

Xalq artisti Brilliant Dadaşova piano ilə ifasını paylaşaraq, qeyd edib: “Əziz xanımlar! Saçlarınıza gül-çiçək düzənlər həmişə var olsunlar!”
Əməkdar artist, xanəndə Elnarə Abdullayeva: “Əziz, dəyərli xanımlar! Sizləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirəm!”

Xalq artisti Zülfiyyə Xanbabayeva: “Qadınları anlatmağa kəlmələr, anlamağa da ömür yetməz! Dünyaya insan gətirən, cana can verən, güclü, zərif, gözəlliyin özü qadınlar, günümüz mübarək!”

Xalq artisti Röya Ayxan isə anasının simasında bütün qadınları təbrik edib: “Arzularınız tükənməsin!
Anamın simasında bütün anaları, qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm!”

Əməkdar artist, müğənni Yaqub Zurufçu xanımı ilə birfə fotosunu paylaşaraq, qeyd edib: “Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yenidir.
Bayramınız mübarək, əziz qadınlar!”

Sənətçi Sərxan Kərimoğlu: “Dünyanın ən gözəl bayramlarından biri olan 8 Mart Qadınlar Günü münasibəti ilə ilk növbədə bütün şəhid analarımızı, qazilərimizin analarını, eyni zamanda orduda qulluq edən əsgər və zabitlərimizin analarını daha sonra isə öz ailəmdəki olan xanımları, sənət yoldaşım olan xanımları və bütün Azərbaycan xalqını təbrik edirəm! Bayramınız mübarək olsun. Hər zaman cibiniz dolu, ruziniz bol olsun, üzünüz gülsün”

Sənətçi Mina Hüseynova: “Qadınlar insanlığın davamı üçün əvəzolunmazdır. Dünya Qadınlar Gününüz Mübarək!”

Müğənni Vüqar Muradov: “Dəyərli Azərbacyan qadınları! 8 mart Beynəlxalq Qadınlar Gününüz mübarək! Yaxşı ki, varsınız”.

Tanınmış model Səmra Hüseynova: "Daim gülün xanımlar. Gül ətirli dolu həyatınız daim olsun".(Musavat.com)

AzNews.az