Bəstəkar-müğənni toyuq ferması açmağa məcbur oldu Bəstəkar-müğənni toyuq ferması açmağa məcbur oldu

Pandemiya Coşkun Sabahı "yumurtaçı" etdi

Bəstəkar-müğənni toyuq ferması açmağa məcbur oldu

Tez-tez mübahisəli açıqlamaları ilə gündəmə gələn məşhur türk müğənnisi Coşkun Sabah pandemiya dönəmində özünə yeni iş qurmalı olub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, bir milyon dollar sərmayə yatıraraq Əskişəhərdə özünə toyuq ferması yaradıb. Bununla da sevənlərini çox təəccübləndirib.

1970-ci illərdən bəri aktiv bir musiqi həyatı yaşayan ustad sənətçi, koronavirus epidemiyası səbəbiylə musiqi aləmində ara verməli olub .

15 min toyuqla yumurta istehsalına başlayan sənətçi bu işə ortağı olan dostunun tövsiyyəsilə başlayıb.

"Bunu etdiyim üçün sevindim" deyən Sabah, "Burada 15 min toyuq var. Bu sektora girdiyim üçün çox xoşbəxtəm. Dövlətimizin heyvandarlığa böyük marağı və dəstəyi var. "Eggci Coşkun deyəcəklər mənə artıq" deyə söyləyib.

"Pandemiya ilə musiqiçilik, sənətkarlıq və oxumaq bitdi" deyən məşhur başqa bir işlə məşğul olmanın vacibliini qeyd edib.

Ancaq bəstəkar-müğənni sənətini də unutmayacaq. O, toyuq fermasından qazandığı pulları gələcəkdə musiqiyə yatırmağı planlaşdırır.