"Kurtlar vadisi"nin qəhrəmanı uşaqlarına ayda 16 min TL (3 200 AZN) aliment ödəyəcək "Kurtlar vadisi"nin qəhrəmanı uşaqlarına ayda 16 min TL (3 200 AZN) aliment ödəyəcək

Polat Alemdar həyat yoldaşından boşanıb

"Kurtlar vadisi"nin qəhrəmanı uşaqlarına ayda 16 min TL (3 200 AZN) aliment ödəyəcək

Türkiyənin məşhur “Kurtlar Vadisi” teleserialının qəhrəmanı Polat Alemdar (Necati Şaşmaz) həyat yoldaşı Nagehan Şaşmazdan boşanıb.

Aznews.az xəbər verir ki, cütlüyün iki övladı var.

Məhkəmə uşaqlara ayda 16 min TL (3 200 AZN) aliment ödənilməsi barədə hökm çıxarıb.

Bildirilib ki, 2019-cu ilin fevralında Nagehan Şaşmaz 2 uşağına görə Necati Şaşmaza qarşı 10 milyon TL-lik vərəsəlik hüququ və boşanma iddiası məhkəməyə müraciət edib. Şaşmazın psixoloji, fiziki təzyiqlərinə və zorakılığına məruz qaldığını iddia edən Nagehan Şaşmaz 20 milyon TL təzminat, özü və iki uşağına cəmi 60 min TL aylıq aliment tələb etmişdi.

Onlar 2012-ci il dekabrın 12-də ailə qurmuşdular.