"Xəyanətə görə ailəmi dağıtmaram" "Xəyanətə görə ailəmi dağıtmaram"

Sevgimizin bitməsini çoxları isitəyir. Bu olmayacaq - Şəbnəm Tovuzlu

"Xəyanətə görə ailəmi dağıtmaram"

Müğənni Şəbnəm Tovuzlu “MTV Maqazin”ə açıqlamasında həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Aznews.az xəbər verir ki, ifaçı həyat yoldaşının qısqanc olduğunu bildirib: "Bunu bir dəfə geyindim, güclü söz-söhbət oldu. Yanlarından və sinə hissəsindən bədənim görünürdü deyə icazə vermədi".

Ş.Tovuzlu həyat yoldaşı ilə fotosunu paylaşmama səbəbini də bölüşüb:

"Bu dəqiqə yan-yana şəklimizi çıxardım. Bilirəm ki, xoş söz yazmayacaqlar. İllərdir görmək istəyənlər var, əslində yıxıb sürüyəcəklər, nələr yazacaqlar. Ən yaxşısı görməsinlər. Görməyəndə daha şirin, maraqlı olur".

İfaçı onu da qeyd edib ki, heç vaxt xəyanətə görə, ailəsini dağıtmaz:

“İlk dəfə iki gün küsülü qalmışdıq. Artıq havam çatmırdı. Xəyanətə görə ailəmi dağıtmaram. Sevgimizin bitməsini çoxları isitəyir. Amma bu olmayacaq, alınmayacaq, arzularına çatmayacaqlar. Sevgimizi bitirən yalnız o ola bilər ki, nə zamansa məni kimlərinsə ayağına verər”.