“Yurddaş” sədrindən bəzi müxalifətçilərə mesaj: “Bu, heç bir fayda verməyəcək”

“Siyasi mübarizədə etik kodekslər daha öndə olmalıdır”

“Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın həm iqtisadi, həm də siyasi nüfuzu daim artır”.

Bunu AzNews.az saytına açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, partiyanın fəaliyyəti Prezident İlham Əliyevin yürütdüyü siyasəti təbliğ etmək və xaricdə yaşayan soydaşlarımızla əlaqələrin qurulması, onların azərbaycançılıq ideyalarının yayımında daha aktiv olmasına dəstək verməkdən ibarətdir.

M.Səfərli həmçinin müxalif düşərgənin fəaliyyətinə qiymət verib. Qeyd edib ki, müxalif düşərgədə təmsil olunan partiyaların həyata keçirdiyi siyasət uğursuzdur. Bu uğursuzluq onları məhvə aparır.

M.Səfərli həm KİV, həm də müəyyən tədbirlərdə müxalif liderlərin hərəkətləri ilə bağlı dəfələrlə müzakirələrin aparıldığını da qeyd edib.
M.Səfərli müxalifətdə olan həmkarlarına ismarıc göndərib: “Siyasi mübarizədə etik kodekslər daha öndə olmalıdır. Bugün hər hansı qarayaxma, sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edib hakimiyyətin gördüyü işlərə çamur atmaq heç bir fayda verməyəcək”.

Ədil Ədilzadə
AzNews.az