Millət vəkili: “Bu, Azərbaycan diplomatiyasının uğuru idi”. Millət vəkili: “Bu, Azərbaycan diplomatiyasının uğuru idi”.

"Məqsəd işğalçı ölkəyə gücümüzü nümayiş etdirməkdir" Hikmət Babaoğlu

Millət vəkili: “Bu, Azərbaycan diplomatiyasının uğuru idi”.

“Prezident İlham Əliyev həyata keçirilən layihələrin növbəti illərdə Azərbaycanın inkişafı üçün yaxşı perspektivlər yaratdığını qeyd etdi”

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyevin nitqini AzNews.az-a şərh edib.

Deputat qeyd etdi ki, dünyada təhlükəsizliyi təhdid edən risklərin artdığı bir vaxta Azərbaycanda sabitlik və inkişaf mövcuddur:

“Cənab Prezident ölkəmizdəki iqtisadi-siyasi inkişafı təhlil edərək bunun əldə olunmasını dünyada baş verən qlobal proseslər kontekstində qiymətləndirdi. İlham Əliyev Azərbaycandakı sabitliyi də bu kontekstində qiymətləndirərək qeyd etdi ki, sabitliyin əsasında Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət və onun xalq tərəfindən dəstəklənməsi durur. Bu, öz-özlüyündə həm Azərbaycanın inkişafını, həm də təhlükəsizlyini təmin edən mühüm sosial-siyasi faktordur. Prezident İlham Əliyev vurğuladı ki, dünyada təhlükəsizliyi təhdid edən risklər artmaqdadır və köhnə risk ocaqları ləğv edilməmiş yeni belə risk ocaqları yaranır ki, bu konteksdə münasibətləri sabit saxlamaq və ölkənin inkişafına nail olmaq olduqca çətindir. Doğrudan da hazırkı beynəlxalq münasibətlər sistemində ayrıca götürülmüş bir dövlətin milli aktor kimi özünün təhlükəsizliyini təmin etməsi heç də asan deyil. Çünki “Seccurity Community” adlandırılan, yəni mühafizə olunan cəmiyyətlərdən kənardakı bu cəmiyyətlər əsas etibarilə, Qərb və şimali Atlantika strateji rayonlarını əhatə edir. Bunlardan kənarda milli aktorların öz təhlükəsizliyini təmin etməsi çox çətin məsələdir. Buna baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini təmin edib və inkişafımızın da əsasında duran başlıca faktor budur”.

H.Babaoğlu bildirdi ki, Beynəlxalq münasibətlərdə çoxsaylı iştirakçılar mövcuddur və onların hər birinin öz maraqları var. Belə olan halda, mütləq toqquşan maraqların uzlaşdırılması və əməkdaşlıq platformasında qarşılıqlı maraqların təmin olunması razılaşmalarına nail olmaq lazımdır:

“Bu konteksdə cənab Prezident Azərbaycanın qonşu ölkələrlə əlaqələrinə toxunaraq bildirdi ki, 2018-ci ildə Azərbaycanın qonşu ölkələrlə əlaqələri yeni pilləyə qədəm qoyub. Düşünürəm ki, bu aspektdə önə çıxan məsələlərdən biri də Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasıdır. Bildiyiniz kimi, Azərbaycan 5 Xəzəryanı ölkə ilə qonşudur və dünyada təhlükəsizliyi təhdid edən bu qədər risk ocaqları olduğu zamanda bir də qonşu ölkələrlə anlaşılmazlığın olması, əlbəttə ki, ciddi narahatedici məsələrdən biri idi. Uzun illərdir davam edən danışıqların bəhrə verməsi Xəzər ətrafında yeni şərtlər formalaşdırmaqla həm onu sülh dənizinə çevirdi, həm də Xəzərin resurslarından istifadə olunması üçün yeni perspektivlər yaratdı, eyni zamanda, Xəzərdə yeni neft-qaz kommunikasiyalarının yaranması üçün də şərtlər formalaşdırdı. Bu, Azərbaycan diplomatiyasının uğuru idi. Başqa vacib məsələ isə beynəlxalq təşkilatlarla münasibətlər və onların hazırkı səviyyəsidir.

Cənab Prezident söylədi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın prioritetləri haqqında memorandum imzalanıb. Burada isə başlıca məsələ Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsidir ki, bu da bizim xarici siyasətimizin əsas prioritelərindəndir. Dünyanın ən böyük hərbi-siyasi təşkilatlarından biri olan NATO-nun 208-ci il zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatın qəbul edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və nüfüzundan xəbər verir.

Əlbəttə ki, xarici siyasətin qarşısında duran əsas məsələ Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından ibarətdir. Bu istiqamətdə atılan strateji addımlar sayəsində Azərbaycan ordusunun gücü daim artır, ölkəmizdə hərbi paradlar və hərbi-sənaye məhsullarının sərgisi keçirilir. Əslində əsas məqsəd işğalçı ölkəyə gücümüzün nümayiş etdirilməsidir. Çünki güc nümayişi olmasa, sülhə məcburetmə də mümkün olmur. Azərbaycanın hərbi qüdrətinin artması, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişlənməsi hər şeydən öncə Azərbaycan xalqının sosial rifahı və iqtisadi inkişafının təmin olunmasından keçir”.

Deputat iclada səsləndirilən rəqəmlərə diqqət çəkərək ötən 9 ay ərzində valyuta ehtiyatlarımızın daha 3 milyard artaraq 45 milyarda çatmasını ciddi göstərici kimi qiymətləndirdi:

“Buna paralel olaraq Azərbaycanda yeni sosial problemlərin həll olunması, qaçqın və köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər keçirilir. Cənab Prezident görüləcək işlərlə bağlı önümüzdəki mərhələdə iqtisadi islahtların daha da dərinləşəcəyini bildirdi və həyata keçirilən bu layihələrin növbəti illərdə Azərbaycanın inkişafı üçün yaxşı perspektivlər yaratdığını qeyd etdi”.

Elgün MƏNSİMOV
AzNews.az