Təsis konfransına şəxsən qatılmışam... Təsis konfransına şəxsən qatılmışam...

"YAP məhz xalqın dəstəyi ilə quruldu" - TARİXİ GÜN

Təsis konfransına şəxsən qatılmışam...

Aydın Quliyev:"YAP-ın yaradılmasının kökündə Ümummilli liderin şəxsiyyətinin böyüklüyü və ictimaiyyətin ona bəslədiyi ümidlər dayanırdı"

"1992-ci il 16 oktyabr günü ziyalıların ümummilli lider Heydər Əliyevə müraciət etməsi Azərbaycandakı prosesləri kökündən dəyişdirən tarixi əhəmiyyətli hadisə idi”.

Bunu "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Yeni Azərbaycan Partiyasının təsis edilməsi prosesini və onun Azərbaycan dövləti üçün əhəmiyyətini dəyərləndirən baş redaktor bildirib ki, Azərbaycan ziyalılarının Naxçıvanda Ali Məclisin sədri olan Heydər Əliyevə müracəti və siyasi təşkilatın yaranması ilə bağlı prosesi başlatması yeni mərhələnin əsasını qoydu:

"Bu hadisə Azərbaycanın ümumi vəziyyətində və ölkənin gələcək inkişafında nəzərə çarpacaq dərəcədə dəyişiklik yaratdı. O zaman yaşananlar mənim üçün çox qiymətlidir, çünki şəxsən özüm hadisələrin iştirakçısı olmuşam. Ziyalıların Ulu öndər Heydər Əliyevə ünvanladıqları və "Səs” qəzetində dərc edilən müraciətin kökündə duran mühüm proseslərdən xəbərdaram idim.

Sonrakı mərhələdə Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı ziyalıların təklifinə razılıq verməsi və Naxçıvanda təsis konfransının keçirilməsi hadisənin də iştirakçısı olmuşam. Təsis konfransına şəxsən qatılmışam və yeni partiyanın yaranmasının nə qədər böyük bir ictimai sifariş və ictimai dəstək çərçivəsində baş verdiyini görmüşəm”.

A.Quliyevin sözlərinə görə, elə ilk konfransda aydın oldu ki, Azərbaycanın sonrakı taleyində böyük rol oynaya biləcək bir təşkilatın yaranma prosesi gedir:

"Başqa siyasi partiyalar çox məhdud miqyasda və az sayda insanların dəstəyi ilə yaranırdı. Lakin Yeni Azərbaycan Partiyasının təsis konfransında bariz görsəndi ki, təşkilat məhz xalqın dəstəyi ilə qurulur. Orada iştirak edən şəxslər Azərbaycanın ən müxtəlif yerlərindən olduqca mürəkkəb bir şəraitdə Naxçıvana gəlmişdilər. Konfransda iştirak edənlərin sayından dəfələrlə çox insan yeni siyasi birliyin quruculuq prosesində yer almaq istəyirdilər. Əlbəttə, bu hadisənin kökündə Ümummilli liderin şəxsiyyətinin böyüklüyü və ictimaiyyətin ona bəslədiyi ümidlər dayanırdı.

Çox yaxşı haldır ki, Ulu Öndər Azərbaycan xalqının ona bəslədiyi ümidləri yüksək səviyyədə doğrultdu və təsdiq etdi ki, 1992-ci ildə Azərbaycan xalqı çox düzgün seçim edib. Həmin seçimin nəticəsi olaraq bugün dinamik şəkildə inkişaf edən, daxildəki bütün böhranlara son qoyan, dünya miqyasında üstün mövqeyə malik olan bir Azərbaycan əldə etmişik. Bu baxımdan 16 oktyabr gününü və ondan sonrakı prosesləri analoqu olmayan hadisələr kimi dəyərləndirmək və hər zaman xatırlamaq lazımdır”.

© AzNews.az