BAXCP funksionerindən açıqlama BAXCP funksionerindən açıqlama

“11 min manat bütün şəhid ailələrinə verilməlidir”

BAXCP funksionerindən açıqlama

"Şəhid ailələri hamımız üçün çox müqəddəsdir, onlar müstəqil Azərbaycanın ərazi bütövlüyü üçün, vətənimiz üçün canlarını qurban verib şəhidlik zirvəsinə ucalıblar! Cənab prezident İlham Əliyev şəhid ailələrinə müəyyən təsəlli üçün hər birinə birdəfəlik 11 000 manat vəsaitin verilməsinə dair fərman imzalayıb. Bu fərman cəmiyyətdə çox müsbət qarşılanıb".

Bu açıqlamanı Aznews.az saytına BAXCP sədrinin müavini, ölkənin tanınmış QHT sədri Niyaməddin Orduxanlı bir qrup şəhid ailəsinin Milli Məclisin önündə keçirdiyi etiraz aksiyası ilə bağlı bildirib. Onun sözlərinə görə. bir necə gündür ki, həm sosial şəbəkədə, həm də mediada bir qrup şəhid ailələrinin video müraciətləri yayılır ki, müvafiq qurumlar həmin 11 000 manatın şəhid ailələrinə veilməsinə maneçilik törətmək istəyirlər: “ Bununla bağlı onlarla şəhid anaları, ailələri Milli Məclisin önünə gedərək etiraz ediblər. Şəhid ailələrinin bu etirazını xarici dairələrinin təsirində olan və Avropada oturub öz dövlətini satan murdar ünsürlər əllərində “əsas” tutaraq şou düzəldirlər. Bütün bunlar araşdırılmalıdır ki, baş vermiş hadisənin nə qədər hüquqi əsası var. İddiaya görə, müvafiq qurumlarla – Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və “Azərsığorta” dövlət agentliyinin nümayəndələri ilə müəyyən anlaşılmazlıqlar var. Şəhid ailələri arasında ayrıseçkilik ola bilməz. Artq baş vermiş hadisə ilə bağlı parlamentin üzvüləri də parlament rəhbərliyi qarşısında məsələ qaldırıb. Hər bir vətəndaşımız da öz narahatçılığını bildirir. Minlərlə insan facebook üzərində buna kəskin etirazını bildirir. İnanıram ki, baş vermiş hadisə təcili sürətdə araşdırılacaq və hər bir şəhid ailəsi ali baş komandan İlham Əliyevin verdiyi fərmandan yararlanacaq. Azərbaycanın müstəqiliyi və ərazi bütövlüyü uğrundan canlarını qurban vermiş bütün şəhidlərimizin qarşısında baş əyirəm! Onlar heç bir zaman xalqımızın yaddaşından silinməyəcəklər! Ruhları şad olsun!”

AzNews.az