Azərbaycan Milli İstiqlal Partiyası müstəqillik Günü münasibətilə xalqı təbrik edib. Azərbaycan Milli İstiqlal Partiyası müstəqillik Günü münasibətilə xalqı təbrik edib.

AMİP-dən mesaj: "Etibar Məmmədov..."

Azərbaycan Milli İstiqlal Partiyası müstəqillik Günü münasibətilə xalqı təbrik edib.

AzNews.az xəbər verir ki, partiyanın müraciətində deyilir:

- 18 Oktyabr 1991-ci il dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların milli qürur hissi duyduğu, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş əlamətdar bir gündür. Həmin gün Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və qəhrəman xalqımız 70 illik sovet işğalına son qoymaqla bir daha sübut etdi ki, ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz.

1918-1920-ci illərdə mövcud olmuş Şərqin ilk demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq elan edilən Azərbaycan Respublikiasının Müstəqilliyinin elan edilməsindən 27 il keçir. Bu illər ərzində xalqımız canı və qanı bahasına alınmış azadlığı qorumaq yolunda ağlasığmaz məhrumiyyətlərə düçar edildi, amansız təzyiqlərə məruz qaldı, şəhidlər verdi, torpaqları qəsb olundu, taleyindən didərginliyin, qaçqınlığın acı yelləri keçdi, lakin Müstəqil Dövlətini qoruyub saxladı.

Bu gün bizlər Müstəqil Azərbaycan Respublikasının vətəndaşları olaraq qürur hissi keçirməklə yanaşı azadlığımızın və müstəqilliyimizin əldə olunmasında zəhməti olmuş hər kəsə minnətdar olmalıyıq.

Müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi təşkilatı – Azərbaycan Milli İstiqlal Partiyası olaraq Partiyamızın qurucuları Etibar Məmmədov və Fuad Ağayevin Müstəqillik Aktının həmmüəllifləri kimi fəaliyyətlərindən qürur hissi keçirir, çətin və mürəkkəb bir dövrdə cəsarət nümunəsi göstərərək Müstəqiqllik Aktına səs vermiş 43 Millət Vəkilinin hər birinə dərin minnətdarlıq hisslərimizi ifadə edir, bütün Azərbaycan xalqını əlamətdar bayram münasibəti ilə təbrik edirik!

Tanrı Dövlətimizi qorusun!