Oktyabrın 18-i Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Oktyabrın 18-i Azərbaycan tarixinin mühüm səhifələrindən biridir.

" Ötən illər göstərdi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur" - Musa Qasımlı

Oktyabrın 18-i Azərbaycan tarixinin mühüm səhifələrindən biridir.

Həmin gün Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edildi. Bununla da XX əsrdə Azərbaycan xalqı ikinci dəfə özünün dövlət müstəqilliyinə qovuşdu.

Bu fikirləri Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı bildirib.

Deputat deyib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası heç də asan olmayıb. Hansı sistemdə və rejimdə yaşamasından asılı olmayaraq Azərbaycan xalqı daim müstəqilliyə can atıb. Dövlət müstəqilliyinin bərpası çox ağır şəraitdə olub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, vətəndaş müharibəsi və ölkənin parçalanmaq təhlükəsi onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirmişdi. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu təhlükələrin qarşısı alındı. Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Ulu Öndər müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı istiqamətində zəruri addımlar atdı, “Əsrin müqaviləsi” imzalandı, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi.

Musa Qasımlı qeyd edib ki, 2003-cü ildən sonrakı illər isə Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasətinin davam etdirilməsi və bununla da Azərbaycanın müasirləşməsi, daha sürətli inkişafı illəridir. Bu illər ərzində Azərbaycan bir sıra ilklərə imza atıb, böyük nailiyyətlər qazanıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, kosmos klubunun üzvü olub, dünya siyasətində rolu artıb, rəqabətədavamlı ölkə olub. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına daxil olub.

Deputat vurğulayıb ki, Azərbaycan xalqının gələcək inkişafı sabitlikdə, xalq ilə hakimiyyətin birliyindədir. Ötən illər göstərdi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. (AZƏRTAC)

© AzNews.az