Partiya sədri müxalifətlə bağlı məqalə yazır. Partiya sədri müxalifətlə bağlı məqalə yazır.

Sərdar Cəlaloğlu müxalifətin psixoloji durumu ilə bağlı məqalə yazır: “Zorakılıq, söyüş...”

Partiya sədri müxalifətlə bağlı məqalə yazır.

AzNews.az xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətdə siyasətçilərin bir-birini ittiham etməsi məsələsinə münasibət bildirib.

Partiya sədri bildirib ki, müxalifətlə bağlı məqalə yazır. Bu məqalədə bu və ya digər məsələlər öz əksini tapıb: “Mən hazırda məqalə yazıram. Bizim niyə məğlub olmağımızın səbəblərini izah etməyə çalışacağam. Orada müxalifətin psixoloji durumuna xüsusi bir bölmə ayırmışam. Əslində müxalifət fiziki zorakılıq yolu seçməsə də, psixoloji-zorakı mübarizə yolu seçib. Müxalifətin söyüş söyməsi, rəqiblərinə böhtan atması, birləşmədən qaçması əslində psixoloji zorakılığın əlamətləridir. Faktiki olaraq, müxalifət dinc-demokratik mübarizə apardığını elan etsə də, psixoloji zorakılıq mərhələsinə qədəm qoyub. Partiyalarda şəxsiyyət kultu yaradılıb, liderlər də həmin kultun təmsilçisidir. Birləşməmənin, sosial şəbəkələrdə söyüş mübarizəsinin yeganə səbəbi psixoloji zorakılıqdır”.

S.Cəlaloğlu İqbal Ağazadə ilə Arif Hacılının bir-birinə qarşı sərt reaksiyasına da toxunub: “Bunun özü də psixoloji gərginliyi göstərir. Sadəcə, kiminsə silahı yoxdur və ya imkanları azdır. Bu gün kiminsə imkanı yoxdur və dinc mübarizə apardığını deyirsə, bu, o demək deyil ki, doğrudan da dinc mübarizə aparır. Sadəcə imkanları olmadığından dinc mübarizə aparmağa məcburdurlar. Baxın, hərə sosial şəbəkəyə 5-10 üzvünü yerləşdirib. Rəqiblərinin nə deməsinə belə baxmırlar, millətin maraqlarını müdafiə edib-etməməsindən asılı olmayaraq, ancaq söyüş, əxlaqa zidd münasibətlər ortaya qoyulur. Azərbaycan müxalifətində psixoloji zorakılıq özünü göstərir və bu təhlükəli sindromdur”.

Ədil Ədilzadə
AzNews.az