AXCP sədri Əli Kərimli ilə "Real" sədri İlqar Məmmədov arasında qarşıdurma kəskinləşir. AXCP sədri Əli Kərimli ilə "Real" sədri İlqar Məmmədov arasında qarşıdurma kəskinləşir.

AXCP-“Real” davası yenidən qızışır

AXCP sədri Əli Kərimli ilə "Real" sədri İlqar Məmmədov arasında qarşıdurma kəskinləşir.

Bu qarşıdurma, belə desək, qısqanclıq İlqar Məmmədov hələ həbsdə olarkən başlamışdı. “Əli Kərimli, yoxsa İlqar Məmmədov?” deyə, başladılan sosial sorğularda, daha dəqiq desək, "virtual seçkilər"də tərəflər öz sədrlərinin digərindən üstün olduğunu göstərməyə çalışdılar. Nəticədə qarşılıqlı olaraq, "söyüşün biri bir qəpikdən" tirajlandı.

İlqar Məmmədov azadlığa çıxdıqdan sonra onu öz tərəfinə çəkə bilməyən AXCP tərəfdarlarının aqressiyası daha da artdı. Hər fürsətdə “Real”ı pisləməyə, sədrini alçaltmağa çalışdılar. İndi isə İ.Məmmədovun internetdə yayılmış müsahibələrindən birində səsləndirdiyi bəzi fikirlər AXCP tərəfdarlarının ciddi hiddətinə səbəb olub.

İlqar Məmmədovun müsahibəsi yayılan kimi, AXCP-nin mətbuat katibi Natiq Adilov yekə bir şərh hazırlayıb, onu olmayan “Azadlıq qəzeti”nin “Facebook” səhifəsində paylaşdı. Onun “İlqar Məmmədov niyə onun azadlığı üçün çalışan, ona ümid bağlayanları peşman edir?” başlıqlı şərhi sanki digər cəbhəçilərin yarasına duz səpdi. Başladılar, nə başladılar…

Öncə Adilov “İlqar Məmmədov azadlığa çıxar-çıxmaz, növbədənkənar parlament seçkilərində iştiraka çağırması da, az qala bütün “Real” komandasının mitinqlər əleyhinə təbliğat aparması da, Erkin Qədirlinin “hələ bir müddət İlham Əliyev hakimiyyətdə qalmalıdır” tezisi də, Xalid Bağırovun rejimin əsas əleyhdarlarını, adı yox, özü real olan müxalifəti sürü adlandırması da qətiyyən təsadüfi deyil, Real-ın razılaşdırılmış siyasətidir” deməklə, əslində İlqar Məmmədovu əvvəlcədən oyun qurmaqda ittiham edir. O, sonda qeyd edir ki, İlqar bəy bu yanlış yoldan dönməlidir.

Ardınca “atışma” başlayır. Sayı-hesabı olmayan rəylərin bir neçəsinə diqqət edək:

  • Ramin Şahverdiyev: Əlinizə "raqatqa" alın, düşün küçələrə, qarşınızı kəsən var? 25 ildi nə iş görmüsüz? Ancaq stadiona aktivistləri çağırıb həbs elətdirmisiz. Özünüzün necə aciz olduğunuzu bir daha sübut etdiz.
  • Samir Lənkəranski: Ala, tüpürüm sənin qeyrətinə, şakal, bu nə sözdü sən danışırsan? Sən də satıldın??? Bu cür təlxəkdən lider cixar?
  • Ayaz Ağayev: Yenə intriqalar başlayıb. Qırın bir-birinizi, yaxşı ki hakimiyyətdə YAP-dı. Yoxsa bizim bu müxalifət olsaydı, çoxdan bir-birlərini güllələyib qutarmışdı, ölkəni xaosa döndərərdilər.

Bu polemikanı istənilən qədər uzatmaq olar. Amma söhbət getdikcə daha çox təhqir xarakteri aldığından polemika statusunu itirir. Ona görə də etika xətrinə əlavə şərhlərə gərək qalmır. Amma siyasət aləmində hər bir hakimiyyətin sağlam müxalifətə, sağlam düşüncəyə ehtiyacı var. Ümid edək ki, bizim müxalifət də nə zamansa öz səhhətinə qovuşacaq...

Elgün MƏNSİMOV
AzNews.az